Həbsdəki NİDA-çılar aclığa başladı

Bu gün Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının “Nida”çılarla bağlı 6-8 il arası azadlıqdan məhrumetmə tələbi ilə bağlı Vətəndaş Hərəkatı bəyanat verib.

Dövlət ittihamçısının tələbinə etiraz edən “Nida”çı gənclər bu gündən aclıq aksiyasına başlayacaqlarını elan ediblər:
“Məsələyə daha realist yanaşsaq, hesab edirik ki, 1 ildən çoxdur davam edən prosesin sifarişli şou olduğunu hakimiyyyət etiraf etməz və nəticədə bizə bəraət hüququ verməz. Ona görə də hakimiyyətə siyasi iradə nümayiş etdirərək, hər hansı vasitə ilə bizi həbsdən buraxmağı təklif edirik.
Məqsədimiz “Nida”nın əzəli vasitəsi olan dinc yollarla azadlığa nail olmaqdır.
Bütün mümkün zərərləri nəzərə almışıq.İradəli və möhkəmik. İnanırıq ki, azadlığımıza qovuşacağıq”.
İmza:
Novruzlu Şahin İbrahim oğlu
Əzizov Məmməd Rasim oğlu
Quliyev Bəxtiyar Səməndər oğlu
Həsənov Rəşad Zeynalabdin oğlu
Məmmədli Üzeyir Məhəmməd oğlu
Axundov Rəşadət Fikrət oğlu
Qurbanlı Zaur Araz oğlu
Rüstəmzadə İlkin Bakir oğlu

Exit mobile version