SuriyaXƏBƏRLƏR

Hələb aeroportu uğrunda toqquşmada 150 nəfər ölüb

Suriyada hökumətə müxalif fəallar deyiblər ki, Hələb şəhərində Suriya ordusu ilə yaraqlılar arasında baş verən ötən iki gündəki toqquşmada ən azı 150 nəfər həlak olub.

Suriya hökumətinə müxalif fəallar cümə günü bildiriblər ki, ötən iki gündə Hələb beynəlxalq aeroportu və Nirəb hərbi məntəqəsinə nəzarət üçün güclü toqquşmada təxminən 150 yaraqlı və hökumət əsgəri həlak olub.

Bu aeroport və Nirəb hərbi məntəqəsinə nəzarət Suriya hökumətinin ixtiyarında qalıb.

Suriya prezidenti Bəşşar Əsəd 6 yanvarda önəmli çıxışında bu ölkədə terror əməliyyatlarına son qoyulmasını qeyd edib və bütün ölkələr və toqquşan tərəflərdən istəyib ki, yaraqlıların maliyyə və silah-sursat baxımından təmin olunmasından çəkinsinlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu