İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bəzi Avropa ölkələrinin Boliviya prezidenti Evo Moralesin dövlət uçuşunda problemlər yaratmaq üzrə qəbuledilməz hərəkətini pisləyib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyd Abbas İraqçi həmçinin deyib: Bu hərəkət Boliviya xalqı, həmçinin bu ölkə hakimiyyətinin təzahürü olan Boliviya prezidentinə hörmətsizlikdir. Həmçinin bu hərəkət qəbul edilmiş məsuliyyətlər üzrə beynəlxalq konvensiyaların bəndlərinə riayət habelə ölkələrin prezidentlərinin təyyarələrinin tam şəkildə toxunulmazlığa malik olmaq haqdakı beynəlxalq hüquq normaları ilə aşkar ziddiyyətdədir.
