
Hesabatlara əsasən, Suriyaya müxtəlif millətlərdən silahlı şəxslərin daxil olması hələ də davam edir.
Qərbin informasiya və kəşfiyyat məlumatları göstərir ki, müxtəlif ölkələrdən ifratçı silahlı şəxslərin Suriyaya daxil olmaları davam etməkdədir və Suriya bu şəxslərin diqqət mərkəzinə çevrilmişdir.
Bir məlumatda bu barədə bildirilir: Suriya toqquşmalarında ərəb və qeyri-ərəb 28 xalqdan silahlı şəxslər iştirak edirlər. Bu şəxslərin təşkilatlandırdıldığı qruplaşma əsasən “Əl-Nəsrə Cəhbəsi” sələfi qruplaşmasıdır.
Məlumatın davamında bildirilir: Suriyadakı “Əl-Nəsrə Cəbhəsi” komandanlarının və ya ünsürlərinin dəqiq sayı barəsində statistika yoxdur. Lakin şübhəsiz bu qruplaşma Suriyada müxaliflərin əməliyyatının icrasında əsas qruplaşma hesab olunur.
“Əl-Nəsrə Cəbhəsi” qruplaşması ötən il 30 hərbçi və mülki vətəndaşın həlak olması ilə nəticələnən əl-Meydan məhəlləsindəki partlayışla səhnəyə daxil oldu.
ABŞ-ın təhlükəsizlik hesabatlarına əsasən, bu qruplaşma Suriyada partlayış və hücumların əksəriyyətini törədib. Onun bariz nümunəsi ötən il oktyabr ayında Baş Qərargah binasına basqın idi.
Suriya rəsmiləri dəfələrlə Liviya, Yəmən, Tunis, Çeçenistan və sairə ölkələrin vətəndaşlarının əl-Qaidə qruplaşması ünsürləri olaraq bu ölkədə olduğunu bildirib və onların etiraflarını da rəsmi televiziyada yayımlayıb.
