Həlvan qəsəbəsində anti-hökumət aksiyası keçirilib

Qahirənin Həlvan qəsəbəsində anti-hökumət aksiyası keçirilib.

Həlvan qəsəbəsində keçirilən bu geniş səviyyəli aksiyada iştirak edənlər , Misir Daxili İşlər Nazirliyinin repressiya xarakterli siyasətlərini pisləyiblər.
Aksiyaçılar habelə Misirin sabiq daxili işlər naziri ” Əbdülfəttah Əl-Sisi”-nin prezident seçkilərinə namizədliyini irəli sürməsini yolverilməz sayıblar.
Etirazçılar , Məhəmməd Mursi hakimiyyətinin hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırılmasını pisləyiblər və ölkədə yenidən demokratiyanın bərqərar edilməsini istəyiblər.
Misir Mərkəzi Seçki Komissiyasının elanına görə, mayın 26-sı və 27-də bu ölkədə prezident seçkiləri keçiriləcək.
Hazırda , “Əbdülfəttah Əl-Sisi” və ” Xalq Cərəyani”-nin banısı ” Həmdin Səbahi ” Misirdə keçiriləcək prezident seçkilərində rəqabət aparmaq üçün adlarını rəsmən qeydiyyatdan keçiriblər.

↑
Exit mobile version