İranXƏBƏRLƏR

İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü mərasiminin təhlükəsizliyinə 30 min polis əməkdaşı nəzarət edəcək

İranın Nizam-İntizqm Qüvvələri komandanı İran İslam Respublikasının banisi İmam Xomeynir(r.ə)-in vəfatının 24-cü ildönümü mərasiminin təhlükəsizliyinin təmin edilməsi üçün 30 min polis qüvvəsinin tam hazır vəziyyətə gətirilməsindən xəbər verib.

General İsmayıl Əhmədi Müqəddəm deyib: Bu ilki mərasimdə 6600 patrul dəstəsi təhlükəsizliyə nəzarət edəcək. Həmçinin , havadan dəstək və xilasedici qüvvələr də mərasim boyu tam hazır vəziyyətdə olacaqlar.

Ə.Müqəddəm əlavə edib: İmam Xomeyni(r.ə)-in vəfatının 24-cü ildönümü mərasimində iştirak üçün ölkənin müxtəlif guşələrindən 2 milyona yaxın adam müraciət edəcək. Bu istiqamətdə 30 min avtobus İranın yol polisi tərəfindən qeydiyyata alınıb və onlara xüsusi dövlət nişanı verilib.

İmam Xomeyni(r.ə)-in vəfatının 24-cü ildönümü mərasimi cari ayın 4-də o həzrətin pak məqbərəsində keçiriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu