Fələstin İslami Müqavimət Hərəkatı Həmasın Qaçqınların Məsələlər üzrə idarəsi bildirib ki, Özünüidarə Təşkilatının sədri Mahmud Abbasın sionistlərə imtiyazlar verməsi qarşısında sükut etmək və onun didərginlərin öz yurdlarına qayıtması hüququna göz yumması böyük cinayətdir.
Həmas Hərəkatının Qaçqınların məsələləri üzrə idarəsi bir bəyanatda cümə axşamı günü Mahmud Abbasın sionist Mitros partiyasının heyəti ilə görüşməsi və fələstinli didərginlərin Yafa, Əka və Səfd şəhərlərinə qayıtmaları ilə əlaqədar hüquqlarının ləğv olunmasına dair onlara vədlərin verilməsini onun Fələstinin Milli hüquq və prinsiplərindən imtiyazların verilməsi və ötən ildə utandırıcı Balfor vədinin ildönümü günündə Səfd şəhərində öz vətəndaşlıq hüququna göz yumması ilə əlaqədar açıqlamasını təkrarlaması istiqamətində başqa bir addım adlandırıb.
Həmas Hərəkatının Qaçqınların məsələləri üzrə idarəsi bildirib ki, Fələstin xalqı heç kimə onun milli hüququ və prinsiplərinə göz yummaq icazəsi vermir. Eləcə də Fələstin Azadlığı Uğrunda Təşkilata Fələstin xalqının nümayəndəsi olaraq bu icazəni vermir ki, bu xalqın hüququndan vaz keçsin. Bütün tərəflər Fələstin xalqının itirilmiş hüquqlarının geri alınması üçün öz mübarizələrini davam etdirməlidirlər.
Bu idarə Fələstin Azadlığı Uğrunda Təşkilatdan fələstinli didərginlərin öz yurdlarına geri qayıtmaları haqqına zərbə vurmaqla bağlı öz mövqeyini elan etməli və şəffaf olmalıdır.