İran Azərbaycanını prezident seçkilərində xalqın seçdiyi hökuməti dəstəkləyəcək
“İran İslam Respublikası Azərbaycan Respublikasının prezident seçkilərində xalqın seçdiyi hökuməti dəstəkləyəcək”
Bu sözləri bu gün Tehranda öz həftəlik brifinqində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü- Ramin Mehmanpərəst bildirib.
Ramin Mehmanpərəst əlavə edib: Prezident seçkiləri digər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ölkənin idarəçiliyində xalqın rolu və idarəsinin göstəricisi ola bilər. Biz ümid edirik ki, Azərbaycan R. xalqı da seçkidə ciddi iştirak etsin. Biz isə xalqın seçdiyi dövləti və iki ölkə əlaqələrinin inkişafı istiqamətində addımlayanları müsbət qarşılayacağıq. Biz bütün qonşu ölkələrimizlə ən yaxın əlaqələrin tərəfdarıyıq.
Ramin Mehmanpərəst həmçinin Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində prezident İlham Əliyevin Tehrana rəsmi səfərə maraq göstərməsi barəsində deyib: Tarix, mədəniyyət və inancları bir olan iki qonşu ölkənin rəsmilərinin qarşılıqlı səfərləri, müxtəlif zamanlarda və müxtəlif səviyyələrdə normal bir məsələdir. Belə gediş-gəlişlər olmalıdır və yəqin ki, qarşılıqlı əlaqələrdə təsirli nəticələrə gətirib çıxaracaq. İran Azərbaycan ilə olduqca yaxşı əlaqələrə malikdir. Gərək ki, bu əlaqələr bütün sahələrdə inkişaf etsin, iki ölkə rəsmilərinin səfərləri isə çox yaxşı zəmin yaradır ki, bu əlaqələrin müxtəlif sahələri dəyərləndirilib ölçü götürülsün.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi rəsmi Tehran və rəsmi Bakı təmsilçilərinin qarşılıqlı əlaqələrin inkişafına dair bəyanatlarına baxmayaraq, Bakıda anti-İran ünsürlərin fəaliyyəti barəsində isə vurğulayıb: Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmiləri və digər dövlət adamlarının Azərbaycanın daxilindəki anti-İran hərəkətlər barəsində öz mövqelərini bildirdikləri və onu iki ölkə əlaqələrinə zərbə vurmaq üçün bəzi şəxs və bəzi siyasi cərəyanların məkrli planı adlandırdıqları kimi, biz də belə hərəkətləri məkrli plan sayırıq. Bu məkrli planların qarşısı iki ölkə rəsmilərinin əməkdaşlığı və iştirakı ilə alınmalıdır. Gərək ki, İranla Azərbaycan arasındakı yaxşı və strateji münasibətlərin hansı niyyət və hansı cərəyanların himayəsi ilə bu hərəkətləri həyata keçirmələri bəlli olmayan bu şəxslər tərəfindən əngəllənməsinə icazə verməməliyik.