İran İslam Respublikası özünün yeni son model yerli pilotsuz təyyarəsini təqdim edib.
“Həmase” adlanan təyyarə kəşfiyyat və hücum məqsədləri üçün nəzərdə tutulub.
Təyyarə dünən Müdafiə Naziri general Əhməd Vəhidinin də iştirak etdiyi təqdimetmə mərasimində nümayiş etdirilib. General çıxışında bildirib ki, bu təyyarə ölkənin müdafiyə sənayesinin mütəxəssisləri tərəfindən hazırlanıb və eyni anda nəzarət, kəşfiyyat və raket hücumları kimi funksiyaları həyata keçirə bilir.
Yeni təyyaə eyni zamanda səssiz fəaliyyət göstərmə, düşmən tərəfindən sezilməmə, yüksəklikdən əv uzun məsafələrə uçmaq qabiliyyətlərinə malikdir.