Həniyyə: Fələstin torpağının hətta bir qarışından belə geri çəkilməyəcəyik

Fələstinin qanuni hökumətinin baş naziri Qəzzə şəhərinin qərbində əl-Şati fələstinli qaçqınların düşərgəsindəki cümə namazı mərasimində deyib: Biz Fələstin ərazilərindən geri çəkilməyəcəyik. Üstəlik Fələstin ərazisi barəsində danışmaq belə istəmir və artığının da arxasınca deyilik.

İsmayıl Həniyyə söyləyib: Fələstin ərazisi məsələsi Fələstinlə sionist rejim arasında münaqişənin əsas köküdür. Çünki Fələstin ərazilərinin işğalı və İordan çayının qərb sahilində qəsəbə salmanın genişləndirilməsi bu rejimin əsas planlarındandır.

 

Fransa İnformasiya Agentliyinin Qəzzədən verdiyi məlumata görə, İsmayıl Həniyyə sözlərinin davamında Fələstin Özünüidarə Təşkilatına xəbərdarlıq edib ki, pul almaq üçün ABŞ və sionist rejimin tələsinə düşməsin.

Həniyyə əlavə edib: Təəssüflər ki, Özünüidarə Təşkilatı hələ də İsrail rejimi ilə sülh danışıqlarının davam etməsi xəyalındadır və Fələstinin daxili siyasətlərini Amerika və qərb ölkələrinin siyasətlər qrupuna daxil edib.

 

Fələstinin qanuni baş naziri bildirib: İsrail rejimi Fələstinin işğalından 64 il sonda hələ də qəsbkar və işğalçı rejimdir və biz heç vaxt bu rejimi rəsmən tanımırıq.

↑
Mobil sürümden çık