DünyaXƏBƏRLƏR

Yeni Papa səsvermənin 1-ci mərhələsində seçilmədi.

Sistin Kilsəsindən qara tüstü dumanının yüksəlməsi ilə yeni Papanın seçilməsi üçün səsvermənin 1-ci mərhələsinin uğursuz olduğu aydınlaşdı.
Məxfi cəmiyyət üzvlərinin birinci iclasının başa çatması və səsvermənin keçirilməsinin ardınca Sistin Kilsəsindən qara tüstü dumanı ucalmağa başlayıb. Bu isə o deməkdir ki, müzakirələr uğursuz olub və yeni Papa seçilməyib.
Müzakirələrin birinci mərhələsində Papanın seçilməməsinə görə, qarşıdan gələn günlər ərzində müzakirələrin növbəti mərhələləri keçiriləcək.
Yeni Papanın seçilməsi üçün ümumilikdə 4 iclas təşkil edilir. Və əgər istefa vermiş Papa 16-cı Benediktin canişini olacaq şəxs səsvermədə ən azı 77 səs toplaya bilməzsə, müzakirələr cümə axşamına təyin ediləcək. Bu proses o zamana kimi davam edəcək ki, sonda kilsədən ağ tüstü yüksəlsin.
Dünyanın müxtəlif ölkələrindən gəlmiş 115 kardinal çərşənbə axşamı günündən Sistin Kilsəsində dua və ibadət mərasimləri təşkil edərək, Papanın seçilməsi üzrə cərəyan edən proseslə bağlı sirləri ifşa etməyəcəkləri haqda and içiblər. Əks halda kilsə tərəfindən təkfir ediləcəklər(küfr etməkdə ittiham olunacaqlar).
16-cı Benediktin canişini olmaq üçün hansısa prinsip elan olunmayıb.
Papa 16-cı Benedikt ötən ay 85 yaşında öz vəzifəsindən istefa etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu