Həsən Ruhani: Sonsuza qədər düşmən qalmaq olmaz

İran İslam Respublikası prezidenti deyib: Sonsuza kimi Amerika ilə düşmən qalmaq kimi bir qərar yoxdur.

İran İslam Respublikası prezidenti müsahibədə İranın Amerika ilə əlaqə qurması üçün yeni bir şəraitin formalaşması barədə deyib: Bu Amerikalıların ixtiyarında olan bir məsələdir. Əgər onlar öz müdaxilələri və təzyiqlərini kənara qoyarlarsa, İranın digər ölkələr ilə əlaqələrini korlamağa çalışmasalar və İran xalqı qarşısında müsbət addımlar atmış olarlarsa, aydın məsələdir ki, bu yolda yeni şərait formalaşmış olar.
Həsən Ruhani əlavə edib: Biz və Amerikanın sonsuza qədər düşmən qalması kimi bir qərar yoxdur və ən azından İran xalqının belə bir niyyəti olmayıb və mən təsəvvür etmirəm ki, ABŞ xalqı da belə bir istəyə malik olmuş olsun. Hər halda iki ölkə xalqları uzun illər əlaqəyə malik olublar. Baxmayaraq ki, ABŞ hökuməti müəyyən problemlərə malik olub. Buna görə də, qərar qəbul etməli və öz rəftarlarını dəyişməli olan tərəf Vaşinqtondur. Belə olarsa, şübhəsiz İran xalqının cavabı da müsbət olacaq.
İran prezidenti İsrailin İranın nüvə təsisatlarına hücum edəcəyi təqdirdə, İranın reaksiyasının nə olacağı barədəki sualı belə cavablandırıb: Əmin olun ki, İsrail belə bir addım atmayacaq. Çünki, yaxşı bilir ki, belə olacağı təqdirdə nə kimi cavabla üzləşəcək.
Cənab Ruhani əlavə edib: İsrail rejimi İranın regiondakı imkanları və qüdrətindən agahdır və biz də onların imkanlarından tamamilə agahıq. İsrail yalnız şüar verir və bu şüarı reallaşdıra biləcək gücdə deyil. Yox, əgər belə bir axmaqlığa yol verərsə, son dərəcə ağır cavabla üzləşəcək və etdiyinə peşman olacaq.

↑
Mobil sürümden çık