AsyaDünyaİranXƏBƏRLƏR

Həsən Ruhaninin Xarəzmi festivalında çıxışı

İran İslam Respublikasının prezidenti söyləyib : İslam inqilabı İranın elm , texnologiya və tədqiqat sahəsində sıçrayışın başlanğıcı olmuşdur.

Dr.Həsən Ruhani bu gün bazar Tehranda keçirilən 27-ci beynəlxalq Xarəzmi festivalında , müstəmləkəçiliyi , müstəqillik əldə etməyən ölkələrdə, elmin inkişaf etməsinə mane kimi qiymətləndirərək bildirib : İran xalqı islam inqilabı ilə elm , texnologiya və tədqiqat sahəsində bərpa və dirçəliş dövrünə start verib.
İran prezidenti ölkənin sülhsevər nüvə texnologiyasının təzyiq və sanksiyaya məruz qalan şəraitdə inkişaf etməsinə işarə edərək vurğulayıb : İran belə bir şəraitdə radio-dərman istehsal edə bilib və NANO, Biotexnologiya və kosmos və digər sahələrdə yaxşı nailiyyətlər əldə etmişdir.
Ruhani İran sivilizasiyasının islami sivilizasiya ilə yanaşı heyrətləndirici elmi dirçəlişi təcrübə etməsinə işarə ilə əlavə edib : Super güclərin elm və texnologiyadan başqalarına istila uğrunda istifadə etmələri çox təəssüfləndirici haldır.
Ruhani bildirib : Hazırda işi o yerə çatdırıblar ki, qərbin casusluq və kəşfiyyat orqanları özlərinə icazə verir ki, İran mütəfəkkirləri və alimlərini terror etsin.
İİR-nın prezidenti bəzi ölkələrin beynəlxalq qanunlara sadiq olmadıqları və sülhsevər nüvə texnologiyasını öz monopoliyalarında saxlamasına işarə edərək vurğulayıb : İslam baxışında elm və texnologiya sərhəd tanımır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu