AsyaDünyaİranXƏBƏRLƏR

Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü günü

İslami İran imam Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsində matəmə qərq olub.

Sabah 30 səfər 1435-ci hicri qəməri ili, 2 yanvar 2014-cü il dünya Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü günüdür.
Həzrət İmam Rza (ə) Mədinə şəhərində dünyaya göz açdı və 203-cü hicri qəməri ili səfər ayının sonunda şəhid edildi.
Həzrət İmam Rzanın həyatı və imamlıq dövrü insanların paklıq və ismət ocağı olan Əhli-Beyt (ə) vurğunu olmalarının ali zirvəsi və Əhli-Beytin (ə) ictimai bazalarının genişlənməsi dövrüdür.
İnsanların dünya imamına meyllərinin ali zirvəyə çatması ilə Abbasi xəlifəsi Məmun məkrli planla o həzrəti zəhərlədi və şəhid etdi.
Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsi və günündə İslami İranın hər bir yerində, xüsusilə də müqəddəs Məşhəd şəhərində paklıq və ismət ocağı olan Əhli-Beyt (ə) aşiqləri matəm mərasimləri keçirirlər.
İran İslam Respublikası Teleradio Təşkilatı dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü ilə bağlı bütün müsəlmanlara və dünyanın digər azadlıq sevərlərinə başsağlığı verir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu