Rusiya gənclərindən ibarət bir qrup Sionist rejimin Moskvadakı səfirliyi binasının önündə mitinq keçiriblər.
Aksiyaçılar beynəlxalq fitnəyə qarşı mübarizədə Suriya dövləti və ordusu həmçinin prezident Bəşşar Əsədi himayə məqsədilə bu həmrəylik mitingini təşkil ediblər.
Aksiyaçılar Sionist rejimin Suriya ərazisinə ardıcıl təcavüzlərini də pisləyib və bu qeyri-insanı addımın qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Aksiyaçılar həmçinin beynəlxalq qurum və təşkilatlarından istəyiblər ki, Suriya-Livan sərhəd məntəqələrində Sionist rejimin hərbi təyyarələrinin uçuş əməliyyatlarına , habelə bu ölkələr və Fələstin məntəqələrinin hava hüdudlarının pozulmasına mane olmaqla İsrail rejiminin ekspansionistliyini cilovlasınlar.
Rusiya gəncləri həmçinin vurğulayıblar : Sionist rejimin hərbi təyyarələri istədikləri yerləri bombardman edirlər və beynəlxalq təşkilatlar da onların bu təcavüzünün qarşısının alınmasında əsaslı bir addım atmırlar.