AvropaDünyaXƏBƏRLƏR

ABŞ, Rusiyanı 8-lər qrupundan kənarlaşdırmaqla hədələyib

Amerika mailiyyə naziri xəbərdarlıq edib ki, Rusiya Ukrayna qarşısında hazırkı siyasətini davam edərsə, 8-lər Qrupuna üzv ölkələrin sammitində yeri olmayacaq.

Cakub Lu ABŞ senatı üzvlərinin qarşısında deyib: Rusiya öz hərəkəti qarşısında öhdəlik qəbul etməlidir və çaxnaşmaya gətirb çıxaran hər bir addım həyata keçirməkdən çəkinməlidir.
Həmin məlumata əsasən, Cakub Lu sözünün davamında iddia edib ki, ABŞ Moskvaya qarşı müxtəlif seçimləri, o cümlədən sanksiya seçimini araşdırmaqdadır.
ABŞ-ın bu hərəkətləri bir halda baş verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna məsələsində ordu qüvvələrindən istifadəsinin təmamilə qanuni və legitim bir hərəkət olduğunu deyib. O deyib bu məsələ Ukrayna hökumətinin qanuni və kənarlaşdırılmış prezidenti Yanokoviçin tələbatı əsasında və Rusiya ilə ortaq iqtisadi, mədəni və tarixi əlaqəyə malik olan vətəndaşları qorumaq məqsədi ilə baş verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu