BMT sülhü mühafizə qüvvələrinin rəisi bildirib: İsrail və Suriya arasında gərginlik ötən 40 il ərzində ən yüksək həddə çatıb.
Haarets qəzetinin məlumatına görə, BMT-nin Suriyadakı sülhü mühafizə qüvvələrinin rəisi Herve Ladsos Tgizli iclasda Təhlükəsizlik Şurası üzvlərinə məlumat verib ki, İsrail ordusu Cövlan yüksəkliklərində Suriya ordusu qüvvələri ilə qarşılaşmaqla hədələyib.
Ladsos həmçinin deyib: Bu hədə bu bölgələrdə suriyalı terrorçu şəxslərin toqquşmaları ilə yanaşı irəli sürülüb.
Ladsosun sözlərinə görə, Suriya və İsrail arasında gərginlik ötən 40 ildə maksimum həddə çatıb və iki tərəf hərbi qarşıdurma ərəfəsindədir.
O iddia edib ki, Suriyadakı yaraqlılar irəliləyişlər əldə edə biliblər və bu məsələ Suriya ordusunun 5 tank və 5 zirehli maşını qeyri-hərbi Cövlan yüksəkliklərində yerləşdirməsinə səbəb olub.