Venesuela Milli Seçim Şurası çərşənbə axşamı günü etdiyi şərhdə Hugo Çavezin rəsmi xələfi olan prezident köməkçisi Nikola Maduro’nun prezident seçkilərini qazandığını təsdiqlədi.Seçki heyətinin sədri Tibisay Lusena son məlumatlara görə Maduro’nun% 50.75, onun rəqibi Henrique Capriles’in isə% 48.97 səs aldığını açıqladı. Maduro bu şəkildə təxminən 265 min nəfərlik səs üstünlüyü ilə seçkiləri qazandı.Bildirildiyi üzrə Capriles seçki nəticələrini səslərin təkrar sayılması sonrasında tanıyacağını ifadə etmişdi. France Press Agentliyinin bildirdiyinə görə, bazar ertəsi günü Çavezin varisim zəfərini istəməyən minlərlə müxalifət tərəfdarları Caracas küçələrinə çıxdı.