İnanclı kəsimin tanınmış nümayəndəsi, İslam Partiyasının funksioneri Hacı Mehdi Şamilli həbsxanadan məktub göndərib. Hacı Mehdi Şamilli məktub da necə həbs edilməsinə və ictimaiyyətə bəlli olmayan bəzi gizli məqamlara aydınlıq gətirib.
Hacı Hacı Mehdi Şamilli həbsxanadan yazdığı məktub da deyilie: 2006-cı ildən Ara-sıra mənə təzyiqlər olurdu. Mənə göstəriş verilmişdilər ki, vətəndən çıxım. Rusiyada işləyirdim. Vətənə dönəndən sonra heç bir sənəd göstərmədən məni polis bölməsinə apardılar. Heç bir ittiham olmadan.
Polis bölməsində isə axtarış və sorğu-sual olunmadan fiziki təzyiqlər başladı. Hansısa sənədə qol çəkmək təklif olunsa da bundan imtina etdim. Səhərədək təzyiqlərin bir fayda vermədiyini gördükdə məni maşına oturdub başqa yerə apardılar. Burada yenidən sorğu-sual edəndən sonra hansısa rəisin yanına gətirdilər: “Niyə protokollara qol çəkmirsən?” – deyə o qışqırdı. “Sən vətən xainisən, silahların yerini de!” – yenə qışqırdı. İndi mənə məlum oldu ki, bunların məqsədi məni nəyin bahasına olursa-olsun həbs etməkdir:
– Axı mən siqaret də çəkmirəm, necə narkotikə qol çəkməliyəm? Əgər məni siyasi sifariş olduğuna görə tutursunuzsa, onda gətirin silaha qol çəkim.
– Yox, sən narkotikə qol çəkəcəksən, silahla sənin qardaşların tutulacaq.
Altı aylıq müddətdə heç bir əsas olmadan xəstəliyimi, evdə ağır xəstəm olduğunu, üç azyaşlı uşağın, 6 nəfər ailə üzvünün anamın 120 manatlıq təqaüdü hesabına dolanmasını nəzərə almayan məhkəmə dəfələrlə ev dustaqlığına buraxılmağım haqdakı vəsatətlərin heç birini təmin etmədi. Dövlət ittihamçısı dili topuq vura-vura mənə nə az, nə çox – 2 il 6 ay həbs istədi. Altı ayda nə qədər fikirləşib dövlətimə və xalqıma qarşı hansı cinayəti törətdiyimi tapa bilmədim. Belə qənaətə gəldim ki, həbsimə vətənimi sevməyim, xalqıma olan sonsuz bağlılığım, namaz qılıb oruc tutmağım, Qarabağ torpaqlarının azad olunmasında döyüşməyim, kommunist rejimindən qurtulub azadlığa çıxmağımızda iştirakım, narkoman olmamağım, siqaret çəkməməyim, rüşvətxorluğa və korrupsiyaya qarşı olub halal zəhmətlə məşğul olmağım, Ərbakanla birgə şəklim və siyasətlə məşğul olmağım səbəb olub. Çıxışımı tez-tez kəsib “İndi məhkəmədən nə xahiş edirsən” deyəndə isə səbir kasamın dolduğunu hiss etdim. “Mən xahiş etmirəm, tələb edirəm ki, məni həbsdən təcili azad edəsiniz” – dedim… Biz heç vaxt zülmə, ədalətsizliyə baş əymərik. Biz Allah tərəfindən gəlmişik, Allaha tərəf də qayıdacağıq.
