Suriyada son proseslər və ordunun geniş irəliləmələrinın ardınca Ərəbistan kralı bu ölkənin baş müftisi və digər vəhhabi şeyxləri ilə görüşdə passiv bir mövqedə Ərəbistan gənclərini Suriyada iştirak etmək və Əl-Nəsrə Cəhbəsi kənarında döyüşmək üçün təşviq edən şəxslərin cəzalandırılmalarının gücləndirilməsini istəyib.
Abdulla Bin Əbdüləziz ötən gün Ərəbistanın ölkə və dini rəsmiləri ilə görüşdə bildirib: Eşitmişəm, təəssüflər ki, bir qrup şəxs gənclərimi aldadır, onlarda kin-küdurət yetişdirir. Bu şəxslərin cəzalandırılmaları üçün həbs təklikdə yetərli deyil.
Ərəbistan kralı əlavə edib: Uşaqları aldadan şəxslər ağır cəzalarla cəzalandırılmalıdırlar.
Ərəbistan kralı həmçinin xalqlar arasında düşmənçiliyi ən böyük “haram” adlandırıb və bildirib ki, bu şəxslər xalqlar arasında kin-küdurət yaratmaq ardıncadırlar.
Bu açıqlama elə bir halda bəyan olunur ki, Suriyada 2 il öncə böhran başlandıqdan yüzlərlə Ərəbistan vətəndaşı ifratçı vəhhabi şeyxlərinin təhrikedici fitvaları və sələfi qruplarının istiqamətləndirmələri ilə Suriyaya ezam olunur və bu ölkə ordusu ilə döyüşür.