Belçikanın terrorizm məsələləri üzrə federal prokurorluğu bildirib ki, VTM televiziyası vasitəsi ilə yayımlanan video-çarxı araşdıracaq.
Belçika prokurorluğunun sözçüsü Livi Bilinz bu təhqiqatda məqsədin belçikalı terrorçuların Suriyaya səfəri barəsində məlumatın əldə olunması olduğunu elan edib.
Belçika televiziyası son günlərdə yayımlanan bu 2 dəqiqəlik video-çarxdan bəzi səhnələri kobudluğuna görə çıxarmışdır.
Bu filmdə, terrorçular bir-birləri ilə holland və Belçika dilində söhbət edirlər. Onlar bir-birləri ilə belçikalı dialekti ilə fransızca danışırlar.
Avropanın 8 ölkəsinin daxili işlər naziri, o cümlədən Fransa, Belçika və Hollandiya son vaxtlar Brüsseldə keçirilən toplantıda qərara alıblar ki, avropalı gənclərin terrorçu qruplaşmalara qoşulmaq üçün Suriyaya səfər təhlükəsi ilə mübarizə aparmaq sahəsində bir-birləri ilə əməkdaşlıq etsinlər.
Fransa daxili işlər naziri bildirib ki, 600-dən çox avropalı, o cümlədən 120 fransız Suriyada müharibə başlandıqdan sonra bu ölkəyə gedib.
Suriyanın şimal qonşusu Türkiyə terrorçular üçün əsas keçidlərdən biridir.
