AXCP-nin mətbuat katibi, jurnalist Natiq Ədilov Hacı Tale Bağırovun həbsini pisləyib.
İslam-Azəri saytı ilə müsahibədə Natiq Ədilov deyib : “Hacı Tale Bağırovu dürüst, ləyaqətli insan kimi tanıyıram. Onun sosial şəbəkələrdəki çıxışlarından görmək olar ki, Hacı Tale ölkəmizdə baş alıb gedən haqsızlığa qarşıdır.”
Jurnalist əlavə edib : “Hacı Tale bunun səbəbini mücərrəd anlayışları deyil, konkret adamları və vəzifə sahiblərini görürdü və onları da tənqid edirdi. Tale bəy hökümətin tətbiq etdiyi molla obrazına girmirdi, nəinki girmirdi, bu cür davranışlara üsyan püskürürdü. Onun mübarizəsi şüurlu mübarizədir, bildiyim kimi, Hacı Tale hələ erkən yaşlarından özü üçün şəhadət qüslü verən qardaşlardandır. Buna görə də, onu oğurlayan və ya həbs edənlər bilməlidirlər ki, bu cür davranışlar odla oynamaq kimi şeydir”.