Site icon İslami Dəvət

Hakerlər ABŞ-ın ən böyük bankının minlərlə müştərisinin məlumatlarını oğurladılar

Hakerlər ABŞ-ın ən böyük bankının minlərlə müştərisinin məlumatlarını oğurladılar

ABŞ-ın ən böyük bankı olan “C.P. Morgan Chase”in, həmçinin Visa, Mastercard və digər maliyyə qurumlarının minlərlə amerikalı müştərisinin məlumatları üçüncü tərəf xidmət təminatçı şirkətlərə qarşı həyata keçirilən fidyə proqramı hücumundan sonra ifşa olunub.

Üç gün əvvəl ABŞ-ın ən böyük bankı “C.P. Morgan Chase”, ikinci ən böyük bankı “Bank of America”, ölkənin beşinci bankı “Wells Fargo”, “UAB” və “Capital One” genişmiqyaslı fasilələrlə üzləşib.

Visa heç bir bank kartı nömrəsinin və ödənişlərlə bağlı məlumatların təhlükəyə məruz qalmadığını açıqlayıb. Mastercard isə bəzi müştəri məlumatlarının ifşa olunduğunu təsdiqləyib, lakin şirkətin ödəniş şəbəkəsinin fəaliyyətini davam etdirdiyini bildirib.

Exit mobile version