Site icon İslami Dəvət

Hakerlər ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yardım ödənişləri sisteminə sızdı

Hakerlər ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yardım ödənişləri sisteminə sızdı

NBC News telekanalı hakerlərin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə maliyyə yardımlarının ödənilməsi üçün istifadə olunan sisteminə sızdığını xəbər verib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin keçmiş vəzifəli şəxsləri ödəniş sisteminə girişin nazirliyin daha həssas məlumatlarına çıxış üçün imkan yarada biləcəyinə dair xəbərdarlıq ediblər. Hücumun məsul şəxsləri və sızmanın tam miqyası hələlik məlum deyil. ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Agentliyi hadisə ilə bağlı açıqlama almaq istəyən media qurumlarını Kənd Təsərrüfatı Nazirliyinə yönləndirib, lakin hesabat hazırlanarkən nazirlikdən cavab verilməyib.

Exit mobile version