AzərbaycanXƏBƏRLƏR

Hakim komanda üçüncü dəfə eyni namizədlə seçkilərdə iştirak etmək isteyir

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qurultay nümayəndələri bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi təklifini yekdilliklə dəstəkləyiblər.

Bundan başqa, İ. Əliyev yenidən YAP sədri seçilib.
keçirilən qurultayda partiyanın struktur dəyişikliyi edilib, yeni sədr müavinləri seçilib. Partiyanın İdarə Heyətinin tərkibində dəyişiklik olmayıb. YAP İdarə Heyətinin tərkibində cüzi dəyişiklik edib. Belə ki, indiyədək İdarə Heyətində 19 nəfər təmsil olunurdusa, bundan sonra qurumda 21 nəfər olacaq.

YAP-ın yeni sədr müavinləri Mehriban Əliyeva, Əli Həsənov və Akif Əlizadə avtomatik olaraq İdarə Heyətinə düşüblər. Əvəzində köhnə İdarə Heyətində yer alan sabiq təhsil naziri Misir Mərdanov qurumdan kənarlaşdırılıb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu