Həqiqətpur: Qarabağ müharibəsində Heydər Əliyevin xüsusi müşaviri idim
Bir çox Azərbaycan saytlarında və virtual dünyada geniş şəkildə əks olunan Mənsur Həqiqətpurun Azərbaycan xalqına Novruz müraciətindən sonra Azərbaycanda hakim partiyanın parlamentdəki deputatı və Yeni Azərbaycan partiyasının icraiyyə katibinin müavini Siyavuş Novruzov qərbyönlü Yeni Müsavat qəzetinə müsahibədə cənab Mənsur Həqiqətpura qarşı ittihamlar irəli sürdü.
AranNewsun məlumatına görə, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədr əvəzi Azərbaycan Respublikası xalqına ünvanladığı 2-ci məktubunda Azərbaycan parlamenti deputatının açıqlamalarını gülünc və əsassız adlandırıb. Səhər telekanalı saytı azeri.sahartv.ir bu məktubun tam mətnini təqdim edir.
Allahın adı ilə
Azərbaycan Respublikasının şərafətli və qeyrətli xalqı
Salam və hörmətlə
Azərbaycan Respublikası parlamentində hakim partiyanın deputatı cənab Siyavuş Novruzov çox pərişan və ziddiyyətli və yalan müsahibə verməyə məcbur olmuşdur. Hazırkı şəraitdə siz xalqa və həmin cənab deputata hakim bəzi rəsmilər dost-düşmənin müəyyənləşməsində strateji hesablamalarda böhranla üzləşiblər. Məlum deyil ki, hansı məntiqlə və hansı səbəbə daim Ermənistan və separatçı “Dağlıq Qarabağ Respublikası”na kömək edən, hətta BMT-də səsvermələrdə adətən Azərbaycanın ərazi bütövlüyünün lehinə səs verməyən İsrail rejimi və ABŞ Azərbaycanın dostu hesab olunurlar. Lakin Azərbaycanın müstəqilliyindən indiyə qədər bu ölkəyə heç bir köməyini əsirgəməyən İran düşmən kimi təqdim olunur. Əlbəttə Azərbaycanın yüksək səviyyəli rəsmiləri bu məsələləri dərk ediblər. Misal üçün Azərbaycan Respublikasının hörmətli prezidenti Bakıda mənimlə görüşdə dedi: “Amerikalılar bizi saymırlar və həmişə Ermənistanı dəstəkləyirlər”. Amma praktiki olaraq görürük ki, bu ölkədə anti-İran hərəkətlər hər gün artır və Siyavuş Novruzovun son əsassız ittihamları da bu istiqamətdə dəyərləndiriləsidir.
Azərbaycan Respublikasının şərafətli xalqı
İlk öncə cənab Novruzxanın mənim barəmdə irəli sürdüyü qəribə, əlbəttə gülünc iddialarına toxunmağı zəruri hesab edirəm. O iddia edib ki, mən 1996-cı ildən Azərbaycan polisinin axtarışında olmuşam və mənim barəmdə cinayət işi açılıb. Çox təəccübləndiricidir ki, mən son illər ərzində, xüsusilə Ərdəbil valiliyi dövründə bir neçə dəfə Azərbaycan Respublikasına səfər etmişəm. Mənim Bakıya son səfərim 3 may 2010-cu ildə olmuşdur. Bu səfərdə prezident və digər dövlət rəsmiləri ilə rəsmi görüşlərim olub. Bundan əlavə bir neçə dəfə Azərbaycanın İrandakı səfiri öncədən vaxt alaraq mənimlə görüşmüşdür. O həmçinin iddia edib ki, mənim barəmdə 200 səhifəlik cinayət işi vardır. Lakin mən çoxdandır deyirəm ki, neçə min səhifəlik yazılı məlumatlar və 100 saatdan artıq video-çarx varımdır ki, hamısı bizim Qarabağ müharibəsində Azərbaycana köməyimizi təsdiqləyir. Mən hazıram hər ikisi medialar qarşısına çıxarılsın və öz sənəd və faktlarımı irəli sürüm.
Hamımız bilirik ki, İran və Azərbaycan arasında sərhəd 1990-cı ildə açılmışdır və xalqlarımız arasındakı münasibətlər bu zamandan sonrakı dövrə aid olur. Mənim azərbaycanlı qardaşlarla ilk görüşüm 1991-ci ildə baş tutmuşdur. Azərbaycanın müstəqilliyindən öncə və çətin və qanlı günlərdə xalqın nümayəndələri olan mübariz və vətənpərvər şəxslər dəfələrlə İrana gəlib dəhşətli müharibədə bizdən kömək istəyiblər. Onlar deyirdilər ki, kommunistlər və ermənilər başdan-ayağa silahlanıblar. Amma biz mülki vətəndaşları müdafiə etmək üçün adi silahlara belə sahib deyilik. Deyirdilər ki, toqquşmalar başlamazdan öncə öz məqsədlərinə görə hətta ov silahlarını da xalq arasından toplayırdılar. Bundan sonra müqavimət qruplarının yaradılması istiqamətində ilkin əlaqələr quruldu. Bu addımların toplusu digər beynəlxalq və regional proseslərin kənarında kommunistlərin müsəlman Azərbaycan xalqına müstəmləkəsinin sona çatması ilə nəticələndi. Maraqlıdır cənab Novruzxan! Azərbaycan xalqı kommunistlərdən xilas üçün sizin səylərinizi təxribatçı hərəkətlər adlandırırlar. Labüd o və həmfikirləri istəyiblər ki, kommunistlərin hakimiyyəti altında qalsınlar. Əlbəttə mən gələcəkdə bu barədə sizinlə daha artıq söhbət edəcəyəm.
Bakı, Gəncə, Şirvan, Lənkəran, Astara və sairinin qeyrətli əhalisi
Siz böyük və qeyrətli insanların varisisiniz ki, onlarla fəxr etməlisiniz. Bu insanlardan biri OMON qrupunun şücaətli komandanı şəhid Rövşən Cavadovdur. Cənab Novruzxan öz son açıqlamasında öz gümanı ilə mənim qeyd olunan qrupla əlaqəmi ifşa edib. Kaş ki OMON qrupu və şəhid komandanının mərdliyi və qeyrətinin bir zərrəsi Novruzxanda və digərlərində olaydı. Əgər erməni təcavüzkarların qarşısında mərdliklə müqavimət göstərən azərbaycanlı qruplardan tarixə tanıtdırmaq istəyəriksə, həmin OMON qrupu idi ki, sonda Qarabağın azadlığını öz şəxsi mənafeyinə uyğun görməyən şəxslərin əli ilə onun komandanı şəhid edildi. Mən əgər lazım olarsa, sonralar bu barədə siz xalqla daha artıq söhbətləşərəm. Sadəcə bunu demək istəyirəm ki, bu şəhidin övladı Laçına da rəhm olunmadı və o da qəribə şəkildə öldürüldü. Şəhid Rövşən Cavadovun Azərbaycan şəhərlərindən birinin adını öz övladına qoyması onun Azərbaycana olan sevgisini göstərir. Yaxşı olar ki, cənab Novruzxan öncədən təqdim etdiyim cənab Dayidən şəhid Rövşən Cavadovun açıqlaması barəsində soruşsun. O dəfələrlə söyləyirdi ki, Qarabağ barəsində müxtəlif səviyyələrdə rəsmilər tərəfindən açıq-aşkar xəyanət olunur və sonda qərara aldı ki, əfqan mücahid qüvvələri Qarabağın cənub bölgələrində yerləşdirsin. Beləliklə erməni qüvvələrin Qarabağın digər yerlərinə irəliləmələrinə mane olsun. Azərbaycanın əzab-əziyyətə qatlaşmış xalqı yaxşı olar bilsin ki, şəhid Rövşən Cavadov Əfqanıstan mücahidləri ilə müzakirələr aparmağı qərara aldı. Sonda onun səyləri ilə 2 mindən çox əfqan döyüşçü Qarabağa köçürüldü ki, Azərbaycan xalqı və rəsmiləri tərəfindən Qarabağı müdafiə etsinlər. Cənab Novruzxan cavab verməlidir ki, əfqanların onun əvəzində Qarabağı müdafiə etdikləri zaman harada idi? Bu Rövşən Cavadovun qeyrəti idi ki, xəyanətkarların xəyanəti qarşısında möhkəm dayandı və başqa ərazilərin işğal olunmasının qarşısını aldı. Lakin əfsuslar o və dostlarına böyük zülm olundu. Şübhəsiz zamanın keçməsi bir çox məsələni sizin üçün aydınlaşdıracaqdır.
Mənim eyni dinli və dilli bacı və qardaşlarım
Kommunistlərin istilası illəri və ondan sonra qərb dəyərlərinə bağlı hakimiyyət vasitəsi ilə öz əsil islam mahiyyətindən uzaqlaşan Azərbaycan Respublikasının hazırda öz tarixi yaddaşında şəhid Ayətullah Əbdülqəni Badkubeyi, şəhid seyid Məhəmməd, Şeyx Hənifə Badkubeyi, şəhid Şeyx Əbdülqəffar Ordubadi, Mirzə Əbdülqəffar Ordubadi, seyid Məhəmməd Ağa və Mirəşrəf Salyani kimi böyük alimləri vardır. Belə ki, kommunizmin dəhşətli dövründə dini inanc və şiə hökmlərinin genişlənməsini müdafiə etmək cinayəti ilə həbs olunub və ən ağır ruhi və fiziki işgəncələrlə həbslərə məruz qaldıqdan sonra şəhid olmuşlar. Qəribədir ki, belə bir ölkədə bəzi şəxslər bizi İslam partiyasının təşkil olunmasında ittiham edirlər. Sual olunur ki, bəyəm belə şəhid alimlərin varisləri olaraq azərbaycanlı dindarlar əhalisinin 95%-i müsəlmanlar təşkil edən ölkədə İslam partiyasının təşkil olunması zəruriliyini özləri dərk etmirdilər? Cənab Novruzxan və həmfikirləri bizi hətta kommunizmin qara dövründə öz dini qeyrət və təəssübünü qoruyan dindar insanları himayə etməkdə ittiham edirlər. Novruzxan kimi şəxslər deyildi ki, öz dini və mədəniyyətini alış-veriş etdi və öz tarixini təhrif etdi ki, özlərini günün şəraitinə tətbiq etsinlər. Əlbəttə Azərbaycanın müsəlman xalqı, o cümlədən islam partiyasının məsul şəxsləri həmişə şiə mərkəzləri, din alimləri və təqlid mərcələri ilə öz əlaqələrini qoruyublar ki, hər bir tarixi dövrdə öz dini və şəri vəzifələrini yerinə yetirsinlər.
Yaxşı olar hamı bilsin ki, ilk öncə islam və müsəlmanların islam dünyasındakı inkişafı bizim ürək arzumuz və üzərimizə götürdüyümüz vəzifəmizdir. Əgər kommunist rejimindən xilas olmuş və bütün dini imkanları məhv olmuş məzlum bir xalqa islam inanclarının canlanması və ölkələrinin müstəqilliyi uğrunda kömək edə bilmişiksə, bu işlə fəxr edirik. Lakin əsaslı bir işi həyata keçirən zaman cəsarətimiz də vardır ki, açıq-aşkar elan edək. Belə ki, Livan Hizbullahı və Həmas barəsindəki davranışımız bu məsələni bəyan edir. İndiyə qədər ürəyimizi ağrıdan Qarabağın işğalda qalmasının səbəbi Livan və Fələstin təcrübəsindən qorxan, azərbaycanlı vətənpərvərlərə İranın imkan və təcrübələrindən daha artıq yararlanmağa imkan verməyən qüdrətlərin önləyici tədbirləridir. Eləcə də Qarabağın azadlığı və islam dəyərlərinin canlanması üçün ayağa qalxan şəxslərin saxta ittihamlarla həbs olunmasıdır. Hazırda bu istiqamətdə addım atan şəxslər deyil, bəlkə də bu barədə düşünən şəxslər də terror və xəyanətdə ittiham olunurlar. Halbuki hər bir ölkə, xüsusilə də Azərbaycan Respublikası dindarları vətənə sevgini imandan sayan öz dini təlimlərinə əsasən Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini özlərini məsuliyyətli adlandırırlar.
Siz Azərbaycan xalqı da mütləq mənimlə eyni fikirdəsiniz ki, əgər Qarabağın azad olunması məsuliyyəti bu ölkə Milli Məclisində Azərbaycan İslam partiyasına tapşırılsaydı və onlara lazımi imkanlar yaradılsaydı, bu partiya Badkubə, Gəncə, Şamaxı və s… müsəlman gənclərindən yararlanaraq və onları hamısını səfərbər edərək, əlbəttə təəssüflər olsun ki, hazırda əsgərlərin ölümü və intihar halları kimi daxili problemlərlə üzləşən ölkənin şücaətli ordusunun köməyi ilə mütləq hakimiyyətdən daha yaxşı Qarabağın azad olunmasının öhdəsindən gələrdi.
Qarabağın məzlum qaçqınları və Azərbaycanın xalqı
Yaxşı olar biləsiniz ki, Qarabağ müharibəsində mərhum Heydər Əliyevin xüsusi müşaviri olmuşam. Məni ittiham etmək əslində bu ölkənin mərhum prezidentinə qarşı birbaşa ittihamdır. Xatırladıram ki, bir gün azərbaycanlı qüvvələr Heydər Əliyevin qarşısında paraddan keçdikləri zaman o mənə dedi ki, səni Azərbaycanın şərəf ordeni ilə təltif etmək istəyirəm. Mən siyasi məsələlərə görə qəbul etmədim. İndi parlamentdə sizin nümayəndəniz olan bir şəxs məni xəyanətdə ittiham edir. Doğrudan da gülüncdür.
Mütləq bilirsiniz ki, İran İslam Respublikası beynəlxalq dairələr səviyyəsində Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyıb və Azərbaycanın ərazi bütövlüyü, milli etibarı və müstəqilliyini önəmli və ciddi məsələlərdən hesab edir. İslam İnqilabının Böyük Rəhbəri Qarabağı islam diyarı elan və islam ərazilərində işğalçılara istənilən köməyi haram və qadağan ediblər. Belə olan halda biz ermənilərə necə təlim keçə bilərdik?
Cənab Novruzxan bilməlidir ki, mən hamısı ərdəbilli olan öz ata-babalarım barəsində yetərli məlumata sahibəm. Mən bir iranlı-azərbaycanlı türkdilliyəm. Ermənilərlə heç bir qohumluğum yoxdur və heç vaxt işğalçı ermənilərə kömək edə və eyni dində, eyni məzhəbdə, eyni dildə və öz əslim olan azərbaycanlılara xəyanət edə bilmərəm. Əgər dayıları erməni olan şəxslər arasında xainləri və hazırda önəmli dövlət vəzifələrində olan şəxsləri axtarsanız mühüm şəxsləri görəcəksiniz.
Siz Azərbaycan xalqına üzümü tutaraq bildirirəm ki, indiyə qədər yazılı mübahisələr boyunca Qarabağ barəsində özü və Azərbaycan parlamentinin funksiyası barəsində mənim suallarımı cavablandırmaqdan boyun qaçıran cənab Novruzxan həqiqətləri tam şəkildə əksinə göstərir və bizi işğalçı erməniləri himayə etməkdə ittiham edir. Əgər o və ya hər bir başqa şəxs bizim təkcə bir ermənini hərbi cəhətdən dəstəklədiyimizi sübut edərsə, hazıram onların bütün iddialarını qəbul edəm. Lakin yaxşı olar o bilsin ki, İslamı İranın Azərbaycana hərtərəfli köməkləri barəsində çoxlu fakt, sənəd və video-çarx varımdır. Əgər bu köməklər olmasaydı, hazırda 20% deyil, bəlkə də Azərbaycan torpağının 50%-dən çoxu işğalda idi. İnşallah zamanında o faktları yayımlayacağam.
Azərbaycan Respublikasının müsəlman xalqı
Bilmirəm mənim Novruzxanla öncəki yazılarımdan məlumatlısınız yoxsa xeyr? Öncəki yazılarımda bəzi həmvətənlərin adlarını sizə elan etdim ki, bəlkə o onlardan bəzi məlumatları almaqla Qarabağ barəsində həqiqətləri əldə edə bilsin. Lakin o onlara müraciət etmədən açıqladı ki, mənimlə əlaqədə olan şəxslərin adlarını ifşa edəcək. Yaxşı olar hamı bilsin ki, mən Azərbaycanın mərhum prezidentinin xüsusi müşaviri olaraq mərhum Heydər Əliyevdən tutmuş Qarabağ barəsində digər şəxslərlə söhbət etmiş, Heydər Əliyev, o dövrkü müdafiə naziri və parlamentin sədrinə məsləhətlər vermişəm. Bunlar Azərbaycan hökumətinin arxivində mövcuddur. Lakin Novruzxan bu məsələləri nəzərə almadan bildirib ki, dindarların mənzillərinin axtarışı zamanı “Mənsur müəllimin tövsiyələri” adlı kitab tapılmışdır. Qeyd etməliyəm ki, hamı Azərbaycanın təhlükəsizlik sisteminin ittiham forması ilə tanışdır. Bu sistem şəxslərin mənzillərində silah və narkotik maddələri yerləşdirir və sonra onu kəşf edir! Mütləq öz ürəyi istədiyi kimi hər bir kitabı və yaxud kitabları hazırlayaraq hər bir şəxsin evində yerləşdirə və sonradan ondan fakt kimi istifadə edə bilər. Allahdan qorxmayan bir şəxs və ya sistem hər bir işi edə və hər bir ittihamı irəli sürə bilər.
Mənim azərbaycanlı bacı və qardaşlarım
Sonda qeyd etməliyəm ki, cinayətkar gec-tez cəzalandırılmalıdır. Çünki bu ilahi bir vəddir. Qarabağı satan və bu günə qədər cəzalandırılmayan şəxslər də. Çünki bu gün rəsmi vəzifələrdədirlər. Deyirlər mənim Rəhim Qazıyev, Rövşən Cavadov, Heydər Əliyev və digərləri ilə münasibətlərimi ifşa edəcəklər. Əgər mən o zaman istəsəydim ki, ordunun təşkil olunması və Qarabağın azadlığına kömək edəm, kimlə əlaqə qurmalı idim. Adı çəkilən şəxslərdən biri müdafiə naziri, o biri xalq müqavimət hərəkatının rəhbəri, o birisi isə prezident idi. Özüm müşahidə etmişəm ki, Rövşən Cavadov xüsusi qüvvələrlə ermənilərə doğru hücuma hazırlaşdığı vaxt, ermənilər Cavadovun bu əməliyyatda iştirak edəcəyini bilərək, həmin yeri boşaltdı və qaçdılar. Sevinirəm ki, bir zaman belə şəxslərlə əlaqə qurmuşam. Onlar bəlkə də Novruzxan kimi şəxslər üçün düşmən olsunlar, amma mütləq siz Azərbaycan xalqı üçün milli qəhrəmanlardır.
Siz Azərbaycan Respublikası xalqından istəyirəm ki, mənim cənab Siyavuş Novruzovla yazılı mübahisəmin tam mətnini tam və dəqiq şəkildə oxuyun. Beləliklə həqiqəti özünüz tapın və yaxşı olar ki, Azərbaycan mediaları da mənim açıqlamalarımın əks olunmasında ədalət və peşə prinsipinə riayət etsinlər və mənim Azərbaycanın şərafətli xalqına olan məktublarımı tam şəkildə çatdırsınlar.