İranXƏBƏRLƏR

İran xarici işlər naziri İraqa gedib

İmam Hüseynin (ə) pak qəbrinin yeni zərihinin təqdimat mərasimində iştirak etmək məqsədilə İraqa səfər edən İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi bazar ertəsi günü gecə Nəcəfdə Ayətullahlar Bəhrul-ülum, Fəyyaz, Seyid Məhəmməd Səid Həkim və Bəşir Nəcəfi ilə görüşüb.

Bu görüşlərdə təqlid mərcələri öz açıqlamalarını verməklə yanaşı İran İslam Respublikasını əsas və qüdrətli söykənəcək, islam dünyasının hörmət bəslədiyi və Əhli-Beytin (ə) məhəbbət mənbəyi adlandırıb və dua ediblər ki, İslami İranın əzəməti, izzəti və başıucalığı daha da artsın.

Bu görüşlərdə həmçinin İran tərəfindən İmam Hüseynin (ə) pak məzarının yeni zərihinin hazırlanması diqqət mərkəzində durub və alqışlanıb.

İmam Hüseynə (ə) sevgini problemlə dolu dünyada İran xalqının möhkəmliyinin rəmzi adlandıran Salehi əlavə edib: İran üçün Əhli-Beyt (ə) sevgisi düşmənlərin məkrli planları qarşısında toxunulmazlıq yaradıb.

Həzrət Əlinin (ə) pak məqbərəsinin ziyarəti, İmam Həsən Muctaba (ə) kitabxanasına baxış və şəhid Əllamə Qüreyşinin məzarını ziyarət İran xarici işlər nazirinin Nəcəfdəki səfər proqramına daxildir.

Salehi həmçinin İraq böhranı barəsində bildirib: İran İraqın daxili məsələlərində müdaxilə etmək niyyətində deyil və inanır ki, İraqın siyasi partiyaları və məsul şəxsləri özləri mövcud problemləri həll edə bilərlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu