AsyaXƏBƏRLƏR

Paris ətrafında baş verən kobudluqların 2-ci gecəsində təqribən 20 avtomobil yandırılıb

Parisin ətraf məntəqələrində baş verən kobudluqların ikinci gecəsində təqribən iyirmi avtomobil yandırılıb və dörd nəfər həbs olunub. Associated-Press-ın məlumatına görə, Fransanın daxili işlər naziri bildirib ki, hadisələr dünən gecə Alankor şəhərində baş verib.

Bir polis rəsmisi də BFM telekanalı ilə müsahibədə bildirib ki, təqribən əlli hücumçunun bu çaxnaşmalarda əli olub. Ondan qabaqkı gecədə də qonşu Trap şəhərində zahirən Fransada hicabın qadağan olunmasının icrasına etiraz olaraq, təqribən iki yüz əlli nəfər polislə toqquşub.
Fransanın daxili işlər naziri- Manuel Vals bildirib ki, asayişin qayıdacağı zamanadək polisin məntəqədə iştirakı gücləndiriləcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu