Əfqanıstan prezidenti ölkəsinin Amerikanın zorakılıqlarına təslim olmayacağını bildirib.
Əfqanıstan prezidenti Hamid Kərzay, Kabil-Vaşinqton arasında təhlükəsizlik paktı və Amerika rəsmilərinin hədələyici sözləri haqda deyib: bu cür hədələr heç bir problemi həll etməyəcək və Əfqanıstan xalqı Vaşinqtonun istəklərinə təslim olmayacaq.
4 günlük səfər məqsədilə Hindistanda olan Hamid Kərzay sonra deyib: Əfqanıstan dövləti o zaman bu təhlükəsizlik paktını imzalayacaqdır ki, Amerika sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin edilməsi habelə Əfqanıstanın yaşayış məntəqələrinə hücumların edilməyəcəyi haqda zəmanət versin.
Əfqanıstan prezidenti həmçinin deyib ki, 2014-cü ildən sonra Əfqanıstanda 12 min amerikan qüvvəsinin iştirakının davamına şərait yaradacaq Vaşinqton-Kabil təhlükəsizlik paktını imza etməyəcək və çalışır ki, Hindistanı Əfqanıstanla daha artıq hərbi əməkdaşlıq həyata keçirmək üçün qane etsin.
Hamid Kərzay-ın Hindistana səfəri elə bir halda həyata keçirilir ki, Amerika Yeni Dehlinin Kərzay-ı bu münaqişəli paktı imzalamağa qane edə bilməsinə ümidvardır.