AsyaXƏBƏRLƏR

Rusiya Aralıq dənizinə daimi gəmi qrupu ezam edir

Rusiya Silahlı Qüvvələr baş qərargahının rəisi cümə axşamı günü deyib ki, Moskva 16 hərbi gəmi və 3 vertolyotu Aralıq dənizinə ezam edib.

Rusiya hərbi gəmiləri çox vaxt Aralıq dənizinə gediş-gəliş edirlər. Lakin SSRİ-nin süqutundan sonra ilk dəfədir ki, Rusiya Aralıq dənizinə daimi və sabit gəmi qrupu ezam edir.

Rusiya prezidenti Vladimir Putin deyib: Bu hərəkət Aralıq dənizi ətrafında yerləşən ölkələrin heç birin təhdid hesab olunmur və yalnız Rusiyanın hərbi qüdrətinin nümayiş etdirilməsi sayılır.

Putin əlavə edib: Aralıq dənizi strateji və önəmli bir bölgədir və Rusiya Federasiyasının milli təhlükəsizliyini təmin edəcək məqsədlərimiz vardır.

Bu xəbər Moskvanın cənub dənizlərində atom silahları ilə təchiz olunmuş sualtı gəmilərini yenidən başlamağı elan etməsindən sonra yayımlanıb. Bu addım Rusiyanın hərbi qüdrətini dirçəltmək məqsədilə Vladimir Putinin geniş səylərinin bir hissəsi sayılır.

Rusiya ordusunda məlumatlı bir mənbə iyun ayının əvvəlində deyib: Moskva SSRİ dağıldıqdan sonra ilk dəfə olaraq ballistik raketlərlə təchiz olunmuş sualtı gəmiləri beynəlxalq cənub sularına ezam etmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, Rusiyanın “Borei” tipli nüvə sualtı qayığı yanvar ayında bu ölkənin hərbi qüvvələrinə təhvil verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu