Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru deyib: Sanksiyalara rəğmən İranın nüvə proqramı davamlı olaraq, genişlənibdir və sanksiyaların heç bir təsiri olmayıb.
Yukiya Amano deyib: İrana qarşı sanksiyaların tətbiq edilməsinə rəğmən bu ölkə hələ də durmadan özünün nüvə proqramını davam etdirir.
Röyters Xəbər Agentliyinə müsahibəsi zamanı bu sözləri söyləyən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bir daha İranla müzakirələrin davam etməsinə hazırlıq bildirsə də, hələ İranla MAQATE arasındakı müzakirələrin yeni dövrü üçün heç bir tarixin müəyyən edilmədiyini deyib.
Amano bu müsahibəsinin bir hissəsində İranın nüvə proqramında istehsal potensialı və miqdarının genişlənməsinin durmadan davam etdiyini deyib.
O “ görəsən sanksiyaların artırılmasının İranın nüvə fəaliyyətlərinə təsiri olubdurmu?” sualına cavabda deyib: güman etmirəm ki, belə olsun. Mən ki, heç bir təsir görmürəm.
Amanonun bu sözləri, İranın yeni prezidenti Həsən Ruhaninin özünün mətbuat konfransı zamanı İranın yeni hökumətinin nüvə proqramında daha artıq şəffaflıq ardınca olduğunu , amma nüvə fəaliyyətlərini dayandırmaq ardınca olmadığını söyləməsindən sonra bildirilir.