Rusiyalı insan haqları fəalı ABŞ-ın insan haqları ilə bağlı mövqeyini tənqid edib.
İnsan Haqlarına Nəzarət Təşkilatının Rusiyadakı ofisinin üzvü Tatyana Lukşina deyib: ABŞ prezidenti Barak Obamanın insan haqları məsələsində ölkəsinin bir istisna olduğunu bəyan etməsi əslində Vaşinqtonun beynəlxalq öhdəliklərə əməl etməkdən imtina etməsini əsaslandırmaq üçün bəhanədən başqa bir şey deyil.
Lukşina son illər ərzində ABŞ-ın insan haqları məsələsindəki imicinin son dərəcə korlandığını deyərək, vurğulayıb: Buna baxmayaraq, amerikalılar özlərini insan haqları müdafiəçisi hesab edir və bunda israrlıdırlar.