“Hicaba azadlıq” istəyən məhbuslar Elşad Rzayev və Ramil Vəliyevin Bakı Apellyasiya Məhkəməsində avqustun 5-nə təyin olunan prosesi təxirə düşüb.
Proses məhkəmənin ilkin qərarından verilən kassasiya şikayətinə görə avqustun 12-nə təyin edilib.
Növbəti instansiyaya Bakı Apellyasiya Məhkəməsinin şikayətə məhkəmə istintaqı aparılmadan baxılması haqqında çıxardığı qərara görə müraciət edilib.
Nərimanov Rayon Məhkəməsinin 3 iyun hökmü ilə Elşad Rzayev 6 il, Ramin Vəliyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dindarlar ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada iştirakına görə həbs olunub!