AzərbaycanXƏBƏRLƏR

Hilal Məmmədovun müstəntiqi dindiriləcək

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Talışın Səsi “Tolişi Sədo” qəzetinin məhbus baş redaktoru Hilal Məmmədovun işi üzrə prosesdə hakim müstəntiqin dindirilməsinə razılaşmayıb.

Hilal Məmmədovun vəkili Yalçın İmanov deyib ki, prosesdə hal şahidləri ifadə verməli idi: “Amma məhkəmə prosesi başlayanda məlum oldu ki, hal şahidi Əzizağa Ağakişiyev 2012-ci ilin dekabrında dünyasını dəyişib. Digər hal şahidi Ülfət Abbasov isə Azərbaycanda yoxdur, Moskvaya gedib. Ona görə hal şahidini dindirmək mümkün olmadı”.

Yalçın İmanov bildirib ki, Hilal Məmmədovun müdafiəçiləri məhkəməyə yeni vəsatət veriblər, lakin hakim vəsatəti təmin etməyib: “Hilal Məmmədova verilən narkotik ittihamı üzrə ilkin istintaq Nizami Rayon Polis İdarəsində aparılıb. İdarənin istintaq şöbəsinin müstəntiqi Ceyhun Kərimov qanunvericiliyi ciddi formada pozub. Belə ki, müstəntiq məhkəmə qərarı olmadan Hilal Məmmədovun yaşadığı mənzildə axtarış aparıb. Hüquq müdafiəçisi həbs olunanda üzərində mobil telefon olub. Telefon aktlaşdırılaraq götürülüb. Amma sonrakı günlərdə həmin telefondan istifadə edilib. Bunu kimin, nə məqsədlə etdiyi məlum deyil. Müstəntiqlər buna aydınlıq gətirmirlər. Bundan başqa Hilal Məmmədov həbs olunanda onun üzərinə baxış və götürmə keçirilməsi üzrə hal şahidi olmuş şəxslər Hilal Məmmədovun yaşadığı mənzildə baxış və axtarış keçiriləndə də hal şahidi olublar. Bunların hamısı ciddi qanun pozuntusudur. Ona görə də müstəntiq Ceyhun Kərimovun məhkəməyə gətirilib dindirilməsi haqda vəsatət verdik. Amma hakim vəsatəti təmin etmədi”.
Məhkəmə prosesi iyulun 17-də davam etdiriləcək.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı