Statistikalar göstərir ki, İslam İrlandiyada inkişaf etməkdə olan ən sürətli dindir.
“World Bulletin” portalının məlumatına görə, hazırda katolik xristianlığı İrlandiya xalqı arasında ən çox davamçıya malikdir və ondan sonra ortodoks xristianlığı durur.
Statistikalar göstərir ki, iki min qırx üçüncü ilədək müsəlmanların sayı ortodoks xristianlığı davamçılarını ötüb keçəcəkdir.
İrlandiya Mərkəzi Statistika Bürosu da təsdiq edibdir ki, hazırda İslam bu ölkədə inkişaf etməkdə olan ən sürətli dindir və bu dinin davamçılarının sayı min doqquz yüz doxsan birinci ildən iki min on birinci ilədək onqat artıbdır.
Belə bir halda, statistikalar İrlandiyada katolik xristianlığı davamçılarının sayının nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.