Braziliya ABŞ-ın bu ölkədəki gizli casusluq fəaliyyətlərini tənqid edərək, Vaşinqtonun bu zəmində qaneedici açıqlama verə bilməyəcəyi təqdirdə, iki ölkə əlaqələrinin zərbə altında qalacağını bildirib.
Braziliyanın xarici işlər naziri Antonio Patriyota ABŞ dövlət katibi Con Keri ilə birgə mətbuat konfransında ölkəsinin Amerikadan siyasi və texniki yollarla casusluq fəaliyyətlərinə aydınlıq gətirməsini istədiyini bildirərək, xəbərdarlıq edibk ki, izahatın verilməsi məsələnin sonu mənasında olmayacaq.
Patriyota həmçinin, Amerikadan istəyib ki, ölkələrin hakimiyyət haqqına xələl gətirən fəaliyyətlərə son qoysun.
Buna baxmayaraq, Con Keri ölkəsinin Braziliyadakı casusluq fəaliyyətlərinin dayandırılacağı barədə hər hansı vəd verməkdən çəkinib.