İraq baş naziri Münafiqlər qruplaşmasının bu ölkədən çıxarılması üçün beynəlxalq ictimaiyyətdən dəstək tələb edib.
İraq baş naziri Nuri Maliki ötən gün (cümə 20 sentyabr) beynəlxalq ictimaiyyət, BMT və bütün ölkələrdən istəyib ki, İraq hökuməti ilə BMT arasındakı müqaviləyə əsasən, Münafiqlər qruplaşmasının digər bir ölkədə yerləşdirilməsi üçün yardım etsinlər və İraqda iştirakları qeyri-qanuni sayılan bu qurplaşmanın bu ölkədən çıxarılması üçün Bağdada yardım etsinlər.
Nuri Maliki həmçinin Münafiqlər qruplaşmasının üzvlərindən bir neçə nəfərinin İraq hərbçiləri tərəfindən girov götürülməsi kimi iddiaları rədd edərək deyib: Münafiqlər qruplaşması itirdiyi 7 üzvününü İraq hərbçiləri tərəfindən girov götürldüyünü iddia edir lakin bu ağ yalandır zira İraq hərbçiləri heç vaxt bu quruplaşma üzvləri əleyhinə bir hərəkət həyata keçirməyiblər.
İraq baş naziri Münafiqlər qruplaşmasının terrorçular siyahısında yerləşməsini deyərək açıqlayıb: İraq hökuməti Münafiqlər qruplaşması tərəfindən dəfələrlə pozulmuş İraq ilə BMT arasındakı müqaviləyə sadiqdir.
İraq ilə BMT arasındakı müqaviləyə əsasən, təxminən 3 min nəfər terrorçu Münafiqlər qruplaşması üzvləri Bağdadın yaxınlığında yerləşən Liberti bazasına köçürüldükdən sonra, tez bir zamanda bu ölkəni tərk etməliydilər lakin bu quruplaşmanın terrorçu fəaliyyətləri keçmişini nəzərə alaraq hətta onların qərbli himayədarçıları da onları qəbul etməkdən çəkinir.