DünyaXƏBƏRLƏR

Vəhhabilər Sumqayıtda fitnəkarlığ ardınca

Birlik saytı xəbər verir ki, Sumqayıt Cümə məscidində bir neçə gündür ki, vəhhabi cərəyanına mənsub şəxslər dindarları təxribata sövq etməyə cəhd edirlər.

Məlumata əsasən, 3-4 güdür ki, Sumqayıt cümə məscidinə kütləvi olaraq – 200-300 nəfər vəhhabi sübh, günorta və axşam namazları zamanı məscidə gəlib guyaki camaat namazı təşkil etməklə keçən illərdə həmişə məscidə gələn dindarı məsciddən kənarlaşdırmaq istəyirlər.

Sumqayıt Cümə məscidinə, demək olar ki, heç vaxt kütləvi gəlməyən həmin vəhhabilər birdən birə 200-300 nəfər sayla gəlməsi isə, təbii ki, süni məsələdir. Məscidə daima gələn dindarlar qeyd edir ki, vəhhabilər, 5-10 dəqiqə bizdən əvvəl gəlib camaat namazı təşkil edirlər və bununla bizim işimiz yoxdur. Lakin namazdan çıxandan sonar cəfəri-şiə dindarlara kinayə ilə tənəli sözlər atırlar.

Dindarlardan bəzisi isə qeyd edir ki, vəhhabilərin bəzisi bizim ayinlərə şirk deyərək lağ edirlər: “Onlar bizim “Təvəssül”, “Ziyarəti-Aşura” dualarımızı həqarət və tənə səsləyirlər.”

Dindarlar bildiriblər ki bəzən elə olur ki, camaat namaz vaxtı vəhhabilər keçib bizim sıradan, pişnamazdan qabaqda dururlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu