İran İslam Şurası Məclisinin millət vəkilləri 11-ci dövr İran İslam Respublikası prezident seçkilərində xalqın əzəmətli qəhrəmancasına iştirakını alqışlayıblar.
İran İslam Şurası Məclisinin millət vəkilləri bu gün parlamentin plenar iclasında oxunan bir bəyanatda bildiriblər ki, şübhəsiz İran xalqının əzəmətli qəhrəmanlığı yaratması İslam İnqilabının Böyük Rəhbərinin tarixi məsləhətlərinin məhsulu, bütün şəhər və kəndlərdə bütün qruplar və ictimai kütlələrin özlərinə etimadı, onların öz səs və hüquqları və seçki məsələlərinə inanması, xüsusilə xalqın seçdiyinə etibar etməsidir.
Bu bəyanatda bildirilir: Bundan sonra məntiqlilik, stabillik, əsas məsələsi İslam və İran olan İnqilab ailəsi içərisindəki müxtəlif cərəyanların mötədil siyasi qüvvələrinin bacarığından istifadəyə əsasən ölkənin abadlığı üçün yeni səhifə açılmışdır.
