AzərbaycanİranİraqXƏBƏRLƏR

İraqçı: Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının İran səfəri ləğv edilməyib

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Şahin Sultanovun İran səfəri ləğv edilməyib və iki ölkə arasındakı tarixi məsələlərlə bağlı fikir ayrılıqları da tamamilə texniki və ixtisaslaşdırılmış iclasların təşkil edilməsi yolu ilə araşdırılacaq.

Bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçı bu gün Tehranda təşkil etdiyi mətbuat konfransında deyib.

Abbas İraqçı Səhər kanalı müxbirinin Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Şahin Sultanovun bazar gününə təyin edilmiş İran səfərinin baş tutmamasının səbəbi ilə bağlı sualına cavabda deyib: “Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının İrana proqramlaşdırılmış səfəri haqda deməliyəm ki, bu səfər texniki səbəblər üzündən ləğv edilib və biz bu səfəri ləğv edilmiş hesab etmirik. Bu səfərin daha çox təxirə salındığını hesab edirik və buna əsas səbəb olaraq, İranda hökumət və nazirlər kabinetinin dəyişməsini görürük. Ümidvarıq bu dəyişikliyin ardınca, bu səfər uğurla baş tutacaq.”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: “Azərbaycan ilə əlaqələrimiz inkişaf halındadır. Bizim müxtəlif sahələrdə bir çox əməkdaşlığımız olub. İndi də belədir. Azərbaycan bizim yaxın dostumuz və qonşumuzdur. Onlar tərəfindən də bizə münasibət belədir. Hər iki ölkə ikitərəfli əlaqələrin inkişafını istəyir. Əlbəttə, bəzi vaxtlar fikir ayrılıqları və problemlər də olur. Bu da tamamilə təbii məsələdir və bütün ölkələr arasında bu kimi hallar yaşanır. Biz Azərbaycan ilə bəzi fikir ayrılıqlarının olmasını inkar etmirik. Amma, bilirik ki, bunları danışıqlar yolu ilə və ekspertlər səviyyəsində həll etmək mümkündür.”

Abbas İraqçı Səhər kanalı müxbirinin son zamanlar anti-İran separatçı qrupların fəaliyyətinin qarşısının alınması ilə bağlı Bakıdan daxil olan müsbət siqnallar və Azərbaycanda tədris olunan dərsliklərdəki təhrif olunmuş materiallara düzəlişin edilməsi ilə bağlı gözləntilər barəsindəki sualına gəlincə isə deyib: Dərslik məsələsinə çox yerində işarə etdiniz. Bu məsələ bir çox mütəxəssis və tarixçi tərəfindən qınaq obyektinə çevrilib. Biz də bu məsələni Azərbaycan tərəfinin diqqətinə çatdırmışıq və qərara alınıb ki, tamamilə texniki iclasların təşkil edilməsi yolu ilə mütəxəssislər və tarixçilər bu məsələni araşdırsınlar ki, lazımi düzəlişlər edilsin. Müsbət siqnallar haqda isə demək lazımdır ki, ötən aylar ərzində bu kimi siqnallar daxil olmağa başlayıb. Bu bizim üçün sevindirici haldır ki, Azərbaycan anti-İran ünsürlərə qarşı çıxır. Ümidvaram bu proses davam etsin. Çünki bu, iki ölkənin bir-birinə yaxınlaşmasının və İran ilə dostluğun əsas göstəricilərindən sayılır.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu