Livan Hizbullahı baş katibinin müavini deyib: Livanın cənubunda abadlıq işləri üzrə qərargahın iranlı sədri Həsən Şaterinin terror edilməsində sionist rejimin casusluq təşkilatı Mossad məsuliyyət daşıyır.
Səhər kanalının məlumatına görə, Şeyx Nəim Qasem dünən Həsən Şaterinin xatirəsinə təşkil edilmiş anım mərasimində çıxış edərək, deyib: Şateri azad və müstəqil bir Livanın və müqavimət xəttinin tərəfdarı idi. O, Livanda quruculuq və abadlıq işləri üzrə yorulmaz səylərə malik idi.
Hizbullah rəsmisi Şaterinin terror edilməsində İsrailin rolundan danışdı
