Hizbullah sionist İsrail rejiminin qarşısında dura biləcək yeganə ordudur

Sionist rejim Knessetinin üzvlərindən biri etiraf edibdir ki, İraq ordusunun ayrılması, Misir ordusunun zərərsizləşdirilməsindən və Suriya ordusunun silahlı terrorçu qruplaşmalarla mübarizə ilə məşğul olmasına görə, hal hazırda İsrailə qarşılaşma gücünə malik olan yeganə ordu Hizbullahdır.

Farsnews.comun Fələstində yayımlanan Əlminar həftəliyinin verdiyi məlumata görə öncələr sionist rejimin Şabak adlı daxili kəşfiyyat aparatının sədri olmuş hazırda isə bu rejim Knessetinin üzvü İsrail Hüsün bir mətbuata müsahibəsi zamanı vurğulayıbdır ki, hazırda sionist İsraillə qarşılaşa biləcək yeganə ordu Hizbullahdır.

İllər boyu ərəb ölkələrində sionist rejimin gizli casusu nümayəndəsi kimi fəaliyyət göstərən Hüsün sionist İsrail rejimi ilə fələstinlilər arasındakı saziş müzakirələri haqda da deyib ki, Fələstinlilər və İsrail rejimi arasındakı ixtilaflar üçün siyasi həll yoluna çatmaq üçün aydın üfüqlərin mövcud olmasına inanmır.

↑
Mobil sürümden çık