AsyaDünyaLivanXƏBƏRLƏR

Hizbullahın iştirakı olmadan Livanda dialoq mənasızdır

Livanlı qüvvələr partiyasının funksioneri bildirib ki, Livanda Hizbullahın iştirakı olmadan hər bir milli danışıqların aparılması mənasızdır.

Livan qüvvələri partiyasının sədri Səmir Cəcə ötən gün (bazar 28 mart) Livan Əl-Hədid Telekanalına verdiyi müsahibədə deyib: Hizbullahın milli danışıqlarda iştirak etməkdən çəkinməsi ilə daha bu danışıqların aparılması heç bir zərurət daşımır.
Prezidentlik dövrünün sona çatmasına yalnız iki ay qalan Mişel Süleyman son zaman Livan müdafiə strategiyası çərçivəsində ölkə partiyaları və siyasi qrupların milli dialoqda iştirak etmələrini vurğulamışdı.
Həmin dəvətə cavab olaraq Livan Hizbullahı bildirib ki, Livan müdafiə strategiyasının araşdırılması üzrə bu gün aparılacaq özəl danışıqlarda iştirak etməyəcək.
Livan prezidenti Mişel Süleyman Ərəbistan mənafeyinin istiqamətində olaraq və onun keçmiş ildəki mövqeyi ilə ziddiyyət daşıyan bir mövqe sərgiləyərək, Livan anti-sionist müqavimətinə toxunaraq, qızıl tənlik sayılan Livan Ordusu, xalqı və müqaviməti taxta tənliyi kimi dəyərləndirərək deyib: Bu tənliyin dövrü artıq sona çatıb və kənara qoyulmalıdır.
Süleymanın gözlənilməz bu çıxışı Hizbullah və anti-sionist qüvvələri dəstəkləyən livanlı partiyaların kəskin reaksiyaları ilə üzləşib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu