AfrikaDünyaXƏBƏRLƏR

4700 nəfər pilotsuz təyyarələrin qurbanı olub

Amerikalı senator indiyə kimi pilotsuz təyyarələrin hücumları nəticəsində 4700 sivil insanın həyatını itirdiyini deyir.
Bu amerikalı senatorun təqdim etdiyi statistika hətta müstəqil mənbələrin statistikalarını da üstələyir.
Frans Press-in məlumatına görə pilotsuz təyyarələrdən istifadənin müdafiəçiləri və tərəfdarlarından olan respublikaçı senator Lindsi Qraham deyib: Biz 4700 nəfəri qətlə yetirmişik.
Qraham deyir: Siz bəzən günahsız insanları hədəfə alırsınız və mən bundan narahatam. Amma, biz müharibədəyik və indiyə kimi bu hücumlarda əl-Qaidənin bəzi liderlərini də öldürməyə nail olmuşuq.
ABŞ rəsmiləri pilotsuz təyyarələrdən istifadə məsələsi haqda fikir bildirməkdən çəkinir və bu hücumların sivil insanlar arasında nə kimi tələfata malik olduğunu da açıqlamırlar.
“Yeni Amerika Fondu” adlı bir qeyri hökumət təşkilatının hesabatına əsasən 2004-cü ildən bəri ABŞ pilotsuz təyyarələrdən istifadə edərək 350 əməliyyat həyata keçirib. Bu məlumata görə, bu əməliyyatlar əsasən Barak Obamanın prezidentliyi dövründə baş tutub. Yeni Amerika Fondu bu hücumlarda həlak olanların sayını 1963-3293 nəfər elan edib. Bu məlumata görə ölənlərin 261-305 nəfəri sivil insanlar olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu