İraq xarici işlər naziri bildirib ki, ölkənin qərb hissəində yerləşən Əl-Ənbar vilayətində baş verən qarşıdurmalar dini yaxud tayfaçılıq xarakteri daşımır.
Huşyar Zibari şənbə gecə (11 yanvar) deyib: Əl-Ənbar böhranı siyasi səylərlə yanaşı təhlükəsizlik yolu ilə həll edilməlidir.
İraq xarici işlər naziri ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətində terrorçuların məhvi üzrə ordu tərəfindən həyata keçirilən hərbi əməliyyatlara toxunaraq deyib: Terrorçu təşkilatlar İraq və region ölkələrinin təhlükəsizliyi üçün artıq hədələyici amil sayılırlar.
O təkidlə bildirib ki, İraq hökuməti ölkədə təhülkəsizliyin təmin edilməsi və bu sahədə xalqa qənaət bəxş xidmətlərin edilməsi üçün əsas öhdəliyi olan tərəfdir.
Zibari açıqlayıb: Hazırkı problemin həll edilməsi üçün öncə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir sonra isə siyasi səylərlə Əl-Ənbarın inkişafı üzrə addımlar atılmalıdır.
İraq ordusu 2013-cü il 21 dekabrdan etibarən xalq kütlələrinin və ölkədəki siyasi qrupların dəstəyi əsasında, İraqın Əl-Ənbar vilayətində terrorçulara qarşı əməliyyatlara start verib və bu əməliyyatlar indiyədək uğurua olub.
