DünyaXƏBƏRLƏR

Hugo Çavezin varisi Nicolas Maduro, Venesuelanın yeni dövlət başçısı seçildi

Venesuelanın lideri Hugo Çavezin ölmədən əvvəl səlahiyyətlərinin bir qismini təhvil verdiyi və özünə bir şey olsa yerinə keçməsini vəsiyyət etdiyi Nicolas Maduro, ölkənin yeni dövlət başçısı seçildi.

Səlahiyyətlilər, Çavezin özünə xas populist inqilabını davam etdirəcəyinə and içən 50 yaşındakı Maduro’nun, səslərin 50,8 ‘ini alaraq yeni dövlət başçısı olduğunu açıkladı.Maduro’ nun rəqibi, müxalifət partiyası lideri Henrique Capriles isə səslərin yüzdə 49,1-ini aldı. Ölkədə seçkiyə iştirakın yüzdə 80 nisbətində olduğu ifadə edilir

19 Apreldə and edəcək olan Maduro, 2019-ci ilin yanvar ayına qədər vəzifə yerinə yetirəcək.

14 il prezident icra edən Çavez keçən il Oktyabr ayında təşkil edilən seçimi yüzdə 60 nisbətində səs alaraq qazanmışdı.

Capriles Çavezin qarşı da məğlubiyyətə uğramışdı. Ancaq bu dəfə iki namizəd arasındakı fərq çox daha az oldu.

Seçkilər keçən il oktyabrda edilmiş ancaq Chavez yeni dövr üçün and mərasiminə narahatlığı səbəbiylə iştirak edə bilməmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu