AfrikaXƏBƏRLƏR

“Human Rights Watch” Ərəbistanı tənqid etdi

İnsan Haqları Gözətçisi “Human Rights Watch” bir insan haqları fəalının 5 il həbsə məhkum olunmasına görə Səudiyyə Ərəbistanını tənqid edib.

İnsan haqları fəalı Müxlif əl-Şəmri 27 iyunda öz siyasi yazılarını dərc etdiyinə görə Ərəbistanın cinayət məhkəməsində 5 il həbsə məhkum olunub.

İnsan Haqları Gözətçisi Təşkilatının Yaxın Şərq sektorunun direktor müavini Co Sturk deyib: Əl-Şəmri Səudiyyə Ərəbistanı insan haqları fəallarının mühakiməsinin artması prosesindəki yeni şəxsdir. Söz azadlığı hüququnu almaq üçün göstərilən səy və fəaliyyətə görə onlara məhkəmələrdə cinayət möhürü vurulur.

Sturk əlavə edib: Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Əbdüləziz bu sui-istifadələrə son qoymaq üçün bu ölkənin ədliyyə strukturunu islah etməlidir, yada ki, islahat yerinə repressiyanı özündən irs qoymaq istəyir.

Bu məlumatlara görə, əksəriyyəti əqidə məhbusu olan 40 mindən çox siyasi məhbus Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılır.

İnsan haqları fəalları Press TV ilə müsahibədə deyiblər: 120-dən çox məhbus ərəbistanlı həbsxanaların qeyri-münasib şəraitindən narazı olduğuna görə aclıq aksiyası keçirir.

Səudiyyə Ərəbistanında istənilən aksiya və siyasi toplaşma qadağandır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu