İranXƏBƏRLƏR

Cümə xətibi ABŞ hökumətini İran qarşısında riyakar adlandırdı

Tehranın müvəqqəti cümə namazının xətibi ABŞ hökumətini İran İslam Respublikası qarşısında ikiüzlü və riyakar adlandırıb.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi ABŞ-ın İran qarşısındakı ikili rəftarlarına toxunaraq deyib: Amerika rəsmiləri İranla müzakirəni müsbət qarşıladıqlarını bildirdikləri bir halda, son vaxtlar ABŞ prezidenti sionist rejimin baş naziri ilə görüşdə iddia etdi ki, sanksiyaların tətbiq olunması İranı müzakirə masasına çəkib.

Bütün seçimlər, o cümlədən İrana qaşrı hərbi seçimin masa üzərində olmasına dair ABŞ prezidentinin sözlərinə toxunan Tehranın cümə namazı xətibi bildirib: İran xalqının da ABŞ və qərb dünyası qarşısında bütün seçimləri masa üzərindədir və bunun nümunəsini İraqın Bəs rejiminin İrana qarşı elan olunmamış 8 illik müharibəsində və təcavüzkarların İslami İran torpağına təcavüzündəki məğlubiyyətində müşahidə etmək olar.

İslam İnqilabının qələbəsindən indiyə qədər İran xalqına qarşı müxtəlif məkrli planlarda ABŞ-ın rolunun açıq-aşkar olduğunu bəyan edən Ayətullah Xatəmi söyləyib: “ABŞ-a ölüm!” şüarı İran xalqının müqavimət rəmzidir və ABŞ-ın şeytanlıqları davam edəcəyi zamana qədər bu şüar İran xalqı arasında qalacaq və İran xalqının ABŞ-a nifrəti bitməyəcəkdir.

Allaha inam, xəlqi potensialın mövcudluğu, Vilayət Fəqihin möhkəmliyi, ədalət, şəffaflıq və tənqid ritorikasının qəbul olunması əsaslarını İranın daxili möhkəm əsaslarından adlandıran Tehranın cümə namazı xətibi xatırladıb: Daxili möhkəmlik düşmənlər qarşısında İranın ən dəyərli və ən güclü silahıdır və onun vasitəsi ilə düşmənlərin bütün məkrli planları ilə mübarizə aparmaq mümkündür.

Ayətullah Xatəmi həmçinin İrana qarşı qərbin güclü sanksiyalar tətbiq etməsinə baxmayaraq, tibb, nüvə, hava-kosmos sahələrində İran gəncləri və mütəxəssislərinin inkişaflarına toxunaraq İslam İnqilabının Böyük Rəhbərinin təsdiqi çərçivəsində İran İslam Respublikasının xarici siyasətindəki yeni addımları dəstəklədiyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu