İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: “İran dövləti və xalqı İraqla bütün sahələrdə strateji əməkdaşlıqları genişləndirməyə hazırdırlar”.
Səid Cəlili bu gün Tehranda İraqın Ali İslami Məclisinin üzvü Adil Əbdülmehdi ilə görüşdə İraqda vilayət şuralarının son seçkiləri prosesi haqda nikbinliyini bildirərək, belə əlavə edib: “İraqın inkişafı bütün qruplar və partiyaların birliyi və birgə əməkdaşlığı ilə əldə ediləcək”.
Cəlili mövcud maddi və mənəvi potensiallar və fürsətlərdən istifadənin əhəmiyyətinə təkid edərək, deyib: “Hazırkı İraq özünün ərəb və islam ölkələri arasındakı münasib yerini təsbit etmək üçün münasib şəraitə malikdir”.
Bu görüşdə İraqın Ali İslami Məclisinin rəyasət heyətinin üzvü Adil Əbdülmehdi də İranın regionun mövcud məsələlərini həll etmək üzrə rolunun mühüm və üstün olduğunu bildirib.