İranXƏBƏRLƏR

Hüseyni: Qərb, haqq səsini eşitməyə dözümür

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseynini Intelsat-ın Press TV kanalı verilişlərinin yayımını kəsməsi barədə deyib: Onlar bu işlə sübut edirlər ki, haqq səsini eşitməyə dözümləri yoxdur.

İranın islami irşad və mədəniyyət nazirinin dediyinə görə, ABŞ ilə Qərbin İran kanallarının yayımlarını kəsmək kimi hərəkətləri İran İslam Respublikası mediasının bütün dünyaya təsirli olmasından söz açır. Onlar bu işlə sübut edirlər ki, haqq səsini eşitməyə dözümləri yoxdur. Daim islami oyanış, İslam Dünyası və İranın regiona və hətta dünyaya təsiri bəhsləri irəli sürülür ki, Qərb nigarançılıqdan bu cür hərəkətlərə əl atır. Bunlar qanunsuz təşəbbüs və rəsmi müqavilələrin əksinədir.

Qərar üzrə iyulun 11-də İran, ITSO və Intelsat süni peyk xidmətləri şirkətinin məsul şəxsləri arasında bir iclas keçirilməli və məsələ ciddi surətdə araşdırılmalıdır.

Beynəlxalq Press TV kanalının xəbər otağının müdiri deyib: Intelsat-ın Press TV kanalı verilişlərinin yayımını kəsməsinə rəğmən, dünyadakı tamaşaçılara müraciətin ötürülməsində problemimiz yoxdur. Emadi deyib: Bu kimi hərəkətlər göstərir ki, amerikalılar özlərinin həmişəki iddialarının əksinə olaraq, insan haqları, medialar və söz azadlığının bir saylı pozucusudurlar.

Emadi sionistlərin İntelsatın bu hərəkətindəki roluna işarə edərək, söyləyib: İran İslam Respublikası öz hüququnu müdafiə məqsədi ilə Almaniya və İspaniyada yerləşən hüquq üzrə iş qrupları vasitəsi ilə məsləhətləşmələr aparmaqdadır və atmosfer ətrafından istifadə məqsədilə beynəlxalq qaydalar əsasında öz haqqının reallaşması üçün əlindən gələni edibdir.

Intelsat İran İslam Respublikası daxil olmaqla 149 ölkənin üzv olduğu BMT nəzarətində olan ITSO orqanının tabeliyində olan bir məcmuədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu